Azərbaycanın masadakı qələbəsi – Zəngəzur dəhlizi nə vəd edir?

image-avropa_ittifaqqiibackend

“Brüssel görüşü tarixi qələbədir. Azərbaycan növbəti danışıqlar masasında qələbəsini qazandı”.

Bu fikirləri siyasi şərhçi Tehran Orucoğlu Busaat.az-a açıqlamasında bildirib. Brüssel görüşündə nəqliyyat dəhlizlərinin açılması ilə bağlı gəlinən razılıq Azərbaycan iqtisadiyyatının qarantı olacaq.
“Bunu dəfələrlə qeyd etmişəm ki, Avropa İttifaqı yeni alternativlər axtarışında idi. Söhbət iqtisadi əlaqələrdən gedir. Brüssel görüşü öncəsi də əsas müzakirə mövzusunun Zəngəzur dəhlizi ilə bağlı olacağını bilirdik.

image-tehran2

Bu gün Aİ-ə, Rusiyaya və ya başqa ölkələrə Cənubi Qafqazda münaqişə ocağının olması lazım deyil. Sahib olduğumuz coğrafiyanın əhəmiyyəti ondan ibarətdir ki, bu coğrafiya üzərindən iqtisadi əlaqələrin qurulması hər kəsə qazandıracaq. Aİ-də enerji tədarükü ilə bağlı alternativlər axtarışında idi. Asiya ilə Avropanın bağlanması, “bir kəmər, bir yol” layihəsində Zəngəzur dəhlizinində daxil olduğu marşurut olduqca dəyərlidir”, – deyə Tehran Orucoğlu qeyd edib.

Zəngəzur dəhlizi Azərbaycana nə qazandıracaq?

“Heç şübhəsiz ki, neftdən asılılığı azaltmaq üçün Azərbaycan hökumətinin konsepsiyası var. Zəngəzur dəhlizinin reallaşması isə Azərbaycana milyonlar qazandıracaq. Asiya ilə Avropanı birləşdirəcək coğrafi açar Azərbaycanın əlindədir. Nəzər yetirsək görərik ki, problemlərin aradan qaldırılması ilə birlikdə digər marşurutlara nisbətən daha optimal variantları ilə önə çıxan bir marşurut olması çox yüksəkdir. Zəngəzur dəhlizinin reallaşması 30 günə olan çatma müddətini 18 günə endirir. Bu, gələcəkdə Asiyanın və Qafqazın Qərbə bağlanması, Qərblə münasibətlərin inkişafı baxımdan böyük dəyər daşıyır. Hər bir ölkə üçün sülhün açarı iqtisadi əlaqələrdir. Azərbaycan 44 günlük müharibədə qələbə qazandı. Bu qələbənin sonsuz olması üçün isə masada mübarizə aparır. Bu gün çox rahatlıqla deyə bilərik ki, biz diplomatik masada da qələbə qazandıq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki