Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft104.29 $▼5.18%
  • WTI neft96.26 $▼4.49%
  • Avropa qazı (TTF)93.45 €▼10.10%
  • Təbii qaz (ABŞ)2.866 $▼1.41%
  • Qızıl3 966 $▲1.43%
  • Gümüş50.82 $▲1.47%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda606.00 ¢▲0.54%
  • Bitcoin77 032 $▲0.47%
  • Ethereum2 255 $▲0.25%
  • S&P 5007 541▼0.52%
11°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
Gündəm

Azərbaycanın paytaxtı dəyişdiriləcək? - Deputat bu şəhəri təklif etdi

image-1635414608_baki1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
“İndi paytaxın köçürülməsi gecikmiş məsələdir, vaxtında bu qərar qəbul olunsaydı, Azərbaycan xeyli rahatlayardı”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputatın sözlərinə görə, bu gün Bakının fəlakətli olmasının səbəbi məhz budur:
“Hesab edirəm ki, paytaxın köçürülməsi artıq gecikmiş bir məsələdir. Təbii ki, müxtəlif fikirlər ola bilər, hər fikirə sayqı ilə yanaşmaq lazımdır. Amma indiki şərtlərlə paytaxtın sərhədə çox yaxın olması müəyyən dərəcədə problemlidir. Daha orta mövqelərdə olmasının məqsədəuyğun olduğunu düşünürəm. Mən paytaxtın Göyçay-İsmayıllı arasında salınmasına üstünlük verirdim. Mərkəz baxımından da Azərbaycanın ən uyğun coğrafiyası olaraq oranı görürdüm. Amma indi paytaxtı köçürmək çətinləşib. Bu gün Bakının fəlakətli olmasının səbəbi məhz budur. Vaxtında bu qərar qəbul olunsaydı, Azərbaycan xeyli rahatlayardı. İndi isə buna böyük vəsait lazımdır, böyük pullar lazımdır. İndi də Qarabağın bərpası ilə birlikdə bunu həyata keçirmək çox çətindir”.
Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev paytaxtın Ağdama köçürülməsini təklif etmişdi: “Mən belə bir təklif irəli sürürəm ki, paytaxt Ağdama köçürülsün. Ağdam şəhəri müasir üslubda yenidən salınır. “Yaşıl şəhər” kimi Ağdam bütün müasir tələblərə cavab verəcək. Hesab edirəm ki, Ağdamda 150-200 min nəfərlik paytaxt şəhəri salmaq olar. Ağdam şəhəri işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılıb. Demək olar ki, bu şəhəri biz yenidən tikəcəyik. Düşünürəm ki, az xərclə bu işi həyata keçirmək olar”.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=61465