Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.23 $▲0.06%
  • WTI neft101.64 $▲0.38%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.069 $▲0.46%
  • Qızıl4 042 $▼0.48%
  • Gümüş53.85 $▼0.64%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda610.50 ¢▼0.29%
  • Bitcoin80 766 $▼0.04%
  • Ethereum2 349 $▲0.07%
  • S&P 5007 723▲0.60%
17°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Turizm

Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi təxminən 46 % artıb

image-turizm-xidmeti
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 45,7 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

Busaat.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (589,4 milyon ABŞ dolları) ixracı (488,2 milyon ABŞ dolları) üstələməsi nəticəsində 101,2 milyon ABŞ dolları həcmində kəsir yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 16,3 % , Azərbaycana gələn xarici vətəndaşların sayı isə 43,9 % artıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 488,2 milyon ABŞ dolları olub. Bunun 71,5 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 31,2 % azalaraq 15,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 25,5 % artaraq 577,3 milyon ABŞ dolları olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=121350