“Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin artan nüfuzunun göstəricisidir…” – AÇIQLAMA

image-111backend

Xarici İşlər nazirliyinin məlumatına görə 2023-cü il iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası keçiriləcək. Azərbaycan 2019-cu ildən Qoşulmma Hərəkatına sədrlik edir. Həmçinin Hərəkata sədrlik 2023-cü ilin sonuna kimi uzadılıb. 
Qoşulmama Hərəkatının ölkəmiz üçün perspektivləri nələrdir?

Mövzu ilə bağlı politoloq Umuxanım Hüseynova Busaat.az-a bunları bildirdi:

image-4bf121a4-ab8c-41ef-afa9-0e37ba378cdd

“Bu barədə suala cavab verməzdən əvvəl qısa da olsa bu Hərəkat haqqında onu qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatı Soyuq Müharibə dövründə bir sıra dövlətlərin iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis olunub. Təşkilatın hazırda 120 üzvü var. Eyni zamanda 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat da var. Qurumda idarəçilik rotasiya əsasında dəyişir.
Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Xüsusilə vurğulamaq lazımdır ki, sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına Əlaqələndirivi Bürosunun Nazirlər İclasının Bakıda keçirilməsi ölkəmiz və regionumuz üçün olduqca mühüm əhəmiyyət kəsb edən siyasi hadisədir. Qoşulmama Hərəkatında 120 üzv dövlətlə yanaşı, əlavə olaraq müşahidəçi statusu ilə müxtəlif dövlətlərin də iştirak etməsi bu təşkilatın çox ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğundan xəbər verir. Üzvlərinin sayına görə Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumudur.
Artıq hər kəsə.məlumdur ki, xeyli müddətdir ki, Azərbaycan bu Hərəkata sədrlik edir. Bu müddət ərzində həm ölkəmiz həm də bu Hərəkata üzv ölkələr üçün olduqca əhəmiyyətli işlər görülüb. Hesab edirəm ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin artan nüfuzunun göstəricisidir. Onu da qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatının fəaliyyəti, Qarabağ konfliktinin həlli istiqamətində müsbət xarakterizə oluna bilər. Güman edirəm ki, bu Hərəkatın səmərəli fəaliyyəti gələcəkdə də ölkəmizin maraqları naminə ədalətli qərarların verilməsində və Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində mühüm rol oynayacaq.”

Bünyamin Bünyadzadə
Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki