Sülh müqaviləsinin yekun variantının ilin sonuna qədər hazır olacağı bəlli deyil – Ermənistan XİN

image-2backend

“Bu ilin sonuna kimi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin az-çox yekun variantının əldə olunmasının mümkün olacağına əmin deyilik”.

Busaat.az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan deyib.

“Sülhün və ya münasibətlərin bərqərar olmasına yönəlmiş danışıqlar fəal mərhələdədir, davam edir. Yeni redaktə edilmiş sənəd dövriyyədədir. Biz indi Azərbaycan tərəfinin yeni təkliflərini almışıq və biz yeni təkliflərimizi təqdim edəcəyik. Təəssüf ki, bir çox məsələlərdə tərəflərin yanaşmaları hələ də bir-birindən uzaqdır, lakin danışıqlar da bu məqsədə xidmət edir ki, biz bu uzaq mövqelər arasında ümumi əsaslar tapıb, ortaq nəticə əldə edək” – deyə, XİN rəhbəri qeyd edib.

Mirzoyan Azərbaycanla Ermənistan arasında danışıqların davam etdiyini bildirib.

“Hazırda ilin sonuna kimi xarici işlər nazirləri arasında görüş nəzərdə tutulmayıb. Ancaq güman edirəm ki, ilin sonuna qədər daha bir görüşümüz olacaq. Hər halda biz həmin görüşə hazırıq, bu danışıqlarda fəal və konstruktivik. Müqavilənin az-çox yekun variantını əldə edə biləcəyimizə əmin deyiləm, baxmayaraq ki, biz bunu ilkin olaraq elan etmişik, lakin bu, niyyətin elanıdır. Bizim niyyətimiz, ümumiyyətlə, qüvvədədir. Biz sülhə və bu hərtərəfli nizamlanmaya mümkün qədər tez nail olmaq üçün çalışırıq” – deyə, XİN rəhbəri əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90