“AZƏRİŞIQ” ASC-nin bu şəbəkədən xəbəri varmı görəsən? – VİDEO

image-azerisisqcelalbackend

Yer Xaçmaz rayonu Əhmədoba kəndi – zaman 2021-ci il.

”Azərişıq” elə bil bu kəndin elektrik şəbəkəsini sakinlərə həvalə edib birdəfəlik çıxıb kənddən.

Elə o gündən indiyədək geri qayıdıb elektrik sisteminə nəzər yetirməyiblər.

Ayda bir dəfə fağır nəzarətçi gəlib bir iki qapıya bildiriş paylayıb çıxıb gedir. Elə ay olur ki, o da gələ bilmir kəndə. İşini rahatlaşdırmaq üçün oturub şəhər mərkəzində bir-bir abonentlərə zəng edib istifadə edilmiş elektrik enerjisinin pulunu tələb edir.

Problem təkcə Əhmədoba kəndində deyil.

Ətraf bütün kəndlərdə elektrik sistemi eyni durumdadır. ”Azərişıq” öz dəftərxanasının arxivini araşdırsa orada bu kənd sakinlərinin ünvanladığı onlarla müraciət məktubuna rast gələ bilər. Adamlar nə qədər yazsın nə qədər müraciət etsin? Bu kəndlərdə elektrik sistemi artıq kənd sakinləri tərəfindən ərazilər üzrə bölüşdürülüb.

Hər məhəllənin təhkim olunduğu bir dirək bir transvarmartor var. Onlar sıradan çıxanda insanlar özləri səfərbər olub bir təhər düzəldirlər. Heç bir təhlükəsizlik tədbiri görülmədən. Kim necə bacarır elə. Elə çəkiliş zamanı mənim də təhlükəsizliyimi qorumağa çalışırdılar.

”Jurnalist, o tərəfə çox yaxın getməyin, azca külək var, o dirək bu tərəfə aşır hər zaman”

Nağıllar, rəvayətlər, şeirlər yazmaq olar bu şəbəkədən. Hələ bu azmış kimi kəndə özəl bir kiçik məüssisə tərəfindən internet xətti də çəkilir. O şirkət də bu ərazilərin gözdən könüldən qıraq yer olduğunu görüb hiyləyə əl atıb.

Əlavə dirək basdırmaq əvəzinə onlar da öz internet xətlərini elə o yarasız elektrik dirəklərindən istifadə etməklə çəkir.

Bunun da qanuna ziddi olduğunu deyirlər.

Deyəsən elədir.

Fürsətdən istifadə edib “Azərişıq” rəhbərliyinə bir sual ünvanlamaq istəyirəm. Bu kənddə Allah eləməsin, kimsə elektrik vurmasından dünyasını dəyişsə yenə adətiniz üzrə şəbəkə rəisini işdən azad etməklə yaxanızı qutarmış olacaqsınız?

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90