Azyaşlı qızına işgəncə verən atanın görüntülərini çəkən ANA DANIŞDIVİDEO

image-1493081backend

“Uşaqlarla söyüşlə danışırdı. Etiraz edəndə məni də təhqir edirdi”.

Busaat.az xəbər verir ki, bunu qadın ərinin qızına fiziki şiddət göstərməsi məsələsi ilə bağlı Baku TV-yə açıqlamasında deyib.

Azyaşlının anasının sözlərinə görə, atası 15 yaşlı qızını təhsildən yayındırmağa çalışıb:“Beyninə ancaq evlilik haqqında fikirlər yeridirdi. Deyirdi ki, səni aparıb nənənin yanına qoyacağıq, o sənə tərbiyə verəcək. Sonra da sənə toy edəcəyəm, cehiz verəcəyəm”.

Özünün və övladlarının dəfələrlə şiddətə məruz qaldığını deyən ana yaşadıqları zorakılığa görə 2019-cu ildə həyat yoldaşını polisə şikayət etdiyini də bildirib.

“Ağsaqqallara qulaq asıb bir dəfə bağışladım. Uşaqlara görə barışdım. Amma indi qəti qərarımdır, boşanmaq istəyirəm”, – o söyləyib.

Qeyd edək ki, Bakı şəhəri, Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov arvadı və qızlarına şiddət göstərib. Şiddət görən ana digər övladlarını qorumaq üçün onun hərəkətlərini əks etdirən görüntüləri lentə alıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki