Badamdarda sürüşmə zonasında 40 illik şam ağacları məhv edildi — Yerində obyekt tikən kimdir? (VİDEO/FOTOLAR)

image-1backend

Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi ərazisində yerləşən sürüşmə zonasında 35-40 illik şam ağacları qırılıb.

Demokrat.az-ın hadisə yerində olan jurnalisti xəbər verir ki, sözügedən ağacların “Bakinskiy dvorik” restoranının sahibi tərəfindən məhv edildiyi iddia olunur.

Hazırda ərazidə qırılan ağacların yerində ağır texnikalar və fəhlələr çalışır, iaşə obyekti inşa olunur.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmin ərazidə müvafiq araşdırma aparılır.

Qeyd edək ki, Bayıl yamacında şam ağaclarının əkilməsi ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində həyata keçirilib. Bu tədbir yamacın eroziyaya uğramasının və sürüşmələrin qarşısını almaq məqsədilə görülüb.

2015-ci ildə isə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Badamdar qəsəbəsində ağacəkmə kampaniyası keçirilib və bu kampaniya çərçivəsində 1,500-dən çox müxtəlif ağac növləri əkilib.

Dövlətin bu sahəyə həssas yanaşmasına baxamyaraq, çox təəssüf ki, Bakıda ayrı-ayrı məmurlar və onlara bağlı olan sahibkarlar tərəfindən ağacların qanunsuz kəsilməsi ciddi ekoloji problemlərdən biri olaraq qalır.

Son illərdə paytaxtımızda tikinti layihələrinin artması, yeni yolların salınması və kommersiya məqsədilə aparılan fəaliyyətlər nəticəsində yaşıllıq əraziləri sürətlə azalır.

Xüsusilə, paytaxtın mərkəzi hissələrində və dənizkənarı ərazilərdə köhnə ağacların kəsilməsi tez-tez ictimai narazılığa səbəb olur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların qanunsuz qırılmasına qarşı tədbirlər görülsə də, cərimələr tətbiq edilsə də, ancaq ağacların məhv edilməsi faktları hələ də qalmaqdadır.

d847c167 6df4 4c12 93ce ca306aef6849

698b107c 6dab 49b8 8e22 fbb73ae0587e

d9c52849 2c01 486f b371 58f1f7bdc756

b0aaeffa 4ca9 4bc8 b5f4 64618990a907


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki