Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.08 $▲0.22%
  • WTI neft101.53 $▲0.19%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.066 $▲0.07%
  • Qızıl4 063 $▲0.17%
  • Gümüş54.02 $▼0.18%
  • Pambıq77.76 ¢▼0.36%
  • Buğda610.00 ¢▼0.25%
  • Bitcoin81 554 $▲0.93%
  • Ethereum2 377 $▲1.26%
  • S&P 5007 723▲0.60%
17°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Gündəm

Bakı Fond Birjasının Müşahidə Şurasına yeni sədr təyin olunub

image-baki-fond-birjasi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fərid Axundov “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri təyin edilib.

Busaat.az xəbər verir ki, bu barədə “Bakı Fond Birjası”nın səhmdarlarının növbədənkənar iclasında qərar verilib.

Məlumata görə, F. Axundov BFB-nin Müşahidə Şurasının üzvü və sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Fərid Axundov daha öncə Azərbaycanın qabaqcıl maliyyə qurumlarında çalışıb. 1996-cı ildən 2003-cü ilədək HSBC-nin subsidiar bankı olan “British Bank of the Middle East”də bir sıra rəhbər vəzifələrdə, “PAŞA Bank”da öz fəaliyyətini 2007-ci ildə İdarə Heyətinin sədri qismində başlayraq, 2015-ci ildə Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.

F. Axundov 23 may 1971-ci ildə anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. O, Nottingem Trent Universitetinin İdarəetmə Kurslarını bitirib.

1994-cü ildə Fərid Axundov Böyük Britaniya Dövlətinin təltif etdiyi nüfuzlu Chevening Təqaüdünü qazanan ilk azərbaycanlılardan biri olub və 1995-ci ildə Böyük Britaniya Mançesterin, Salford Universitetinin MBA dərəcəsini alıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=120485