Məzmuna keç
  • Azeri Light122.28 $▼2.50%
  • Brent neft112.76 $▲0.62%
  • WTI neft103.77 $▲0.58%
  • Avropa qazı (TTF)100.10 €▲2.66%
  • Təbii qaz (ABŞ)2.913 $▲0.55%
  • Qızıl3 995 $▼0.22%
  • Gümüş50.82 $▼1.01%
  • Pambıq78.43 ¢▲0.27%
  • Buğda605.00 ¢▼0.29%
  • Bitcoin77 846 $▲0.07%
  • Ethereum2 223 $▼1.15%
  • S&P 5007 720▼0.36%
17°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Siyasət

Bakı- İrəvan sülh müqaviləsi Alma-Ata bəyannaməsinə əsaslanacaq - Lavrov

image-lavrov
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin Alma-Ata Bəyannaməsi əsasında imzalanacağını bildirib.

Busaat.az xəbər verir ki, Lavrov bu barədə Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı deyib.

Rusiya XİN rəhbəri bildirib ki, Rusiya sülh müqaviləsi layihəsi hələ bu ilin əvvəlində tərəflərə təqdim edilib və bu, ümumilikdə müsbət reaksiya alıb. Bununla belə, Ermənistan və Azərbaycan tərəfləri də Rusiyanın təqdim etdiyi sülh layihəsi ilə bağlı öz təkliflərini təqdim ediblər. Lavrov bildirib ki, payızda iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda görüşü zamanı Azərbaycan tərəfi sənədin başqa variantını təqdim edib, bundan sonra Ermənistan tərəfi öz variantını ortaya atıb.

“Biz əvvəlki kimi dəstək verməyə hazırıq, lakin burada əsas prinsipial məsələlərin həlli çox vacibdir. Bu baxımdan, oktyabrın 6-da Praqada Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılıq, əlbəttə ki, çox vacibdir. Onlar bütün məsələləri BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında həll etmək əzmlərini təsdiqləyiblər” – deyə, diplomat qeyd edib.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92974