Bakı metrosu 2-ci xanım maşinisti işə götürüb

image-metrobackend

Bu gün “Bakı Metropoliteni” QSC 2-ci xanım maşinisti işə qəbul edib.

Busaat.az xəbər verir ki, bu, Türkan Bəylərdir.

Əslən Füzuli rayonundan olan xanım Bakı Dövlət Universitetinin fizika fakültəsinin məzunudur və işə yeni qəbul olunan 8 maşinistdən biridir.

Onun yeni nəsil qatarları idarə edəcəyi bildirilir.

Xatırladaq ki, müdavimlər kurslarda əvvəlcə nəzəri biliklərə yiyələnərək, metropolitenin əsas sahələri ilə əyani tanış olublar. Onlara vaqon, təmir, texniki xidmət, əsas təlimat tələbləri və digər anlayışlar tədris edilib.

İkinci mərhələdə Təlim-tədris mərkəzində quraşdırılmış ən müasir qatar trenajorunda praktiki vərdişlərin mənimsənilməsi aparılıb. Kursda iştirak edən müdavimlər hər tədris mərhələsindən digərinə yalnız imtahan sınağı ilə nəticə əldə edərək keçiblər.

Üçüncü mərhələdə iddiaçılar metropoliten xətlərində praktiki vərdişlərin möhkəmləndirilməsi prosesinə cəlb olunublar. Bu mərhələdə onlar metropoliten maşinistləri ilə birgə xəttə çıxaraq, həm peşə vərdişlərinə yiyələnib, həm də bu mühitdə formalaşmağın vacib cəhətləri ilə tanış olaraq praktiki imtahanlarda yoxlanılıblar.

Sonuncu mərhələdə isə xətlərdə idarəetmə normativləriniuğurla yerinə yetirən gənc maşinistlər kadr komissiyası qarşısında imtahan verib.

Bakı metrosunda qatar maşinisti peşəsi üzrə yeni seçim qaydası 2018-ci ildən tətbiq edilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki