Məzmuna keç
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin59 837 $▲1.74%
  • Ethereum1 679 $▲3.68%
  • S&P 5006 910▼3.72%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035

“Bakı şəhəri tıxacların əlindən iflic olub, insanlar gün ərzində 4-5 saat tıxacda qalırlar” — Deputat

image-razi-11
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakı şəhəri tıxacların əlindən iflic haldadır. Bu iflic şəraitində insanlarımız yaşamalı, fəaliyyət göstərməli və işləməlidirlər. Artıq hər bir insanın öz avtomobili onun öz evinə çevirilib. Çünki insanlar gün ərzində 4-5 saat tıxacda qalmalı olurlar”. 

Bu sözləri millət vəkili Razi Nurullayev bildirib.

Millət vəkili məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında narazılığını dilə gətirib:

“Mən nəqliyyat üzrə ekspert deyiləm, bu məsələləri dərindən bilə bilmərəm. Amma bildiyim budur ki, tıxacların sayı hədsiz çoxalıb və bunun qarşısı alınmalıdır. Tıxacların qarşısını ictimai nəqliyyatdan geniş istfadə  etməklə, zolaqların sayı artırmaqla, insanlar ictimai avtobus nəqliyyatdan daha çox istifadə etməklə azalda bilərik. Nəticədə insanlar iş yerlərinə və təhsil müəssələrinə daha tez çatar.

İkincisi, metro tikintisinin sürətləndirilməsidir. Heç olmasa ildə iki-üç  metrostansiyası açılsın ki, şəhərin hər bir yerinə metro ilə getmək mümkün olsun. Çünki yerüstü nəqliyyat demək olar ki, iflic vəziyyətdədir. Yeraltı nəqliyyatında genişləndirilməsinə ehtiyac var. Bu məsələ ilə bağlı aidiyyatı dövlət qurumları müəyyən addımlar atmalı, tədbirlər görməlidirlər”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=147658