Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft104.13 $▲0.59%
  • WTI neft96.52 $▲0.75%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.909 $▲1.32%
  • Qızıl4 046 $▲1.99%
  • Gümüş51.91 $▲3.91%
  • Pambıq79.00 ¢▲2.21%
  • Buğda601.25 ¢▲1.35%
  • Bitcoin78 380 $▲1.35%
  • Ethereum2 319 $▲2.10%
  • S&P 5007 569▲0.35%
19°Bakı
  • USD1.7008▲0.0008
  • EUR1.9020▼0.0026
  • 100 RUB2.0854▼0.0154
  • GBP2.2809▲0.0016
  • TRY0.0340
  • AED0.4631▲0.0002
  • CNY0.2545▼0.0006
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3755▲0.0006
  • UAH0.0372▼0.0001
  • 100 JPY1.0755▼0.0009
  • CHF2.0763▲0.0065
  • USD1.7008▲0.0008
  • EUR1.9020▼0.0026
  • 100 RUB2.0854▼0.0154
  • GBP2.2809▲0.0016
  • TRY0.0340
  • AED0.4631▲0.0002
  • CNY0.2545▼0.0006
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3755▲0.0006
  • UAH0.0372▼0.0001
  • 100 JPY1.0755▼0.0009
  • CHF2.0763▲0.0065
İqtisadiyyat

Bakı-Tbiliisi-Ceyhan boru kəməri ilə bu qədər xam neft nəql edilib

image-92
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Cari ilin birinci yarısında “Bakı-Tbilisi-Ceyhan” (BTC) üzrə əməliyyat xərclərinə təxminən 70,5 milyon dollar, əsaslı xərclərə isə 17,7 milyon dollar vəsait xərclənib.

Busaat.az BP-nin cari ilin birinci yarımilinin yekun hesabatına istinadən xəbər verir ki, 1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 576 milyon ton (4,3 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 5707 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunan təqribən 14 milyon ton (təxminən 110 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 150 tankerə yüklənib və yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır.

Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=144365