“Azərbaycanla İran arasında münasibətlərin normallaşmasını və gələcəkdə daha da irəliyə aparmasını göstərən mühüm bir fəaliyyət aktı diqqət çəkdi. Söhbət Azərbaycanın İrandakı səfirliyinin bərpasından gedir”.
Bu barədə Busaat.az-a siyasi şərhçi Aqşin Kərimov “Məsud Pezeşkian Azərbaycanla bağlı siyasətində İranın ənənəvi baxışlaırnı dəyişə biləcəkmi” sualına cavab verərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası Bakı ilə Tehran arasında perspektivdə problemli məsələlərin həllini sürətləndirən və yeni səhifələr açacağına işarələr verən vacib əməli aktdır:
“Buna rəğmən müəyyən suallar hələ də qalmaqdadır. Məsələn, sizin “İranın hazırkı prezidenti Məsud Pezeşkian Azərbaycanla bağlı saysətində İranın ənənəvi baxışlaırnı dəyişə biləcəkmi” sualınıza birmənalı cavab vermək çətindir. Bu, bir az mürəkkəb məsələdir. Bu mənada ki, Pezeşkian ilk növbədə İranın daxili siyasi sistemində maneələrlə qarşılaşa bilər, çünki bu ölkənin xarici siyasətini formlaşadıran əsas qurumlardan biri Ali Milli Təhlükəsizlik Şurasıdır. Prezidentin təqdim etdiyi xarici siyasətin konturlaır Ali Milli Təhlükəsizlik Şurasında təsdiqlənəndən sonra ali rəhbərliyə təqdim olunur. Şuranın süzgəcindən keçməyən qərar və yaxud da layihələr ali rəhbərlik tərəfindən təsdiqlənməzsə, o zaman M.Pezeşkian ciddi problemlərlə üzləşə bilər. Lakin İran Pezeşkianın strateji niyyətləri fonunda qeyd edir ki, onlar qonşu dövlətlərlə münasibətlərin canlandırılmasını ölkə iqtisadiyyatında müşahidə olunan tənəzzülün qarşısının alınmasında həlledici açar kimi görməkdədir”.
“İranın xarici siyasətindəki Qərb amili onun Yaxın Şərqdəki ambisiyaları və Cənubi Qafqazdakı narrativlərinə necə təsir göstərəcək” sualına gəlincə, A.Kərimov diqqətə çatdırıb ki, proseslər hələ yekunlaşmayıb. Müsahibimiz qeyd edib ki, Amerikada seçkinin nəticələri ilə bağlı İranda həyəcanlı gözləntilər mövcuddur. Eyni zamanda Yaxın Şərq cəbhəsində İsrail-Fələstin münasibətləri getdikcə qanlı şəkil almaqdadır:
“Buna görə də İranın xarici siyasətini izləyərkən həmin məqamlarla əlaqəli bağlantılar qurmaq daha məntiqli görünə bilər. Başqa bir nüans ondan ibarətdir ki, ki, İran Pezeşkianın vədləri fonunda daha güclü şəkildə regiona nüfuz edib, yeni ambisiyalar formalaşdıra bilmək imkanının olduğunu nümayiş etdirə bilər. Məsud Pezeşkian İranın parçalanması və hansısa dövlət qarşısında başı aşağı qalmasını deyil, daha güclü və vahid İran məsələlərini önə çəməkdə maraqlıdır. Buna görə də verdiyi vədlər daha güclü İran naminə prioritet və tezislərə söykənir”.
Aqşin Kərimov: Pezeşkian daha güclü və vahid İran məsələlərini önə çəməkdə maraqlıdır
A.Kərimov vurğulayıb ki, burada azərbaycanlı amilindən də istifadə olunur. Çünki bir növ rəsmi Tehran ölkədə etnik qarşıdurmanı həll etmək üçün multikultural bir model seçir:
“Bununla da cənub qonşumuzun daxili siyasi sistemində baş verən parçlanmanın qarşısının alınması və ölkənin təhlükəsizliyini təhdid edən nüansların zərərsizləşdirilməsi baxımından Pezeşkianın məntiqi dəyər qazanmaqdadır”.