Bakıda 15 yaşlı qız itkin düşüb.
Busaat.az xəbər verir ki, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evdə yaşayan Leyla Əbilova Suraxanı RPİ-nin 30-cu PŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə onunla eyni ünvanda yaşayan qızı – 2008-ci il təvəllüdlü Aynur Əbilovanın yaşadıqları evdən gedərək geri qayıtmadığını və sonuncudan xəbər ala bilmədiklərini bildirib.
Faktla bağlı Suraxanı RPİ-nin 30-cu PŞ-də araşdırma aparılır.