Bakıda gənc oğlan döş qəfəsindən bıçaqlanaraq ağır xəsarət alıb.
Busaat.az-ın məlumatına görə, mübahisə zəminində bıçaqlanan 2001-ci il təvəllüdlü Məmmədyarov Sabir Cavad oğlu bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.