Şəmkirdə 1 yaşlı körpəni avtomobil vuraraq öldürdü

image-qezabackend
image-uzb_ads_desk

Şəmkirdə qohumu 1 yaşlı körpəni avtomobillə vuraraq öldürüb.

Busaat.az xəbər verir ki, hadisə rayonunun Şiştəpə kəndində qeydə alınıb.

Belə ki, Ramin Həsənov idarə etdiyi “Hyundai SantaFe” markalı avtomobillə qohumuna məxsus fərdi yaşayış evinin qarşısında 2022-ci il təvəllüdlü Melisa Məmmədovanı vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki