Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft91.73 $▲0.03%
  • WTI neft85.00 $▼0.02%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.084 $▼0.10%
  • Qızıl3 876 $▲0.01%
  • Gümüş47.43 $▼0.04%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda599.75 ¢▲0.04%
  • Bitcoin64 884 $▲0.10%
  • Ethereum1 838 $▲1.03%
  • S&P 5007 417▼1.91%
8°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Gündəm

Bakıda dövlət qulluğuna qəbul imtahanı keçirilir

image-imtahan
Dövlət İmtahan Mərkəzi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilir.

Busaat.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır və üç saat davam edir. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əsli;

“İmtahana buraxılış vərəqəsi”.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda səkkiz binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 474, BB qrupu üzrə 1556 olmaqla, ümumilikdə 2030 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün səkkiz ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 187 nəzarətçi‑müəllim, 30 buraxılış rejimi əməkdaşı ayrılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=117713