Bakıda əməliyyat keçirildi – Saxlanılanlar var

image-img_2315backend

Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.

Bu barədə Busaat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, iyulun 22-də, gecə saatlarında naməlum şəxslər 31 yaşlı paytaxt sakinini kəsici alətlə hədələyib, onun 120 manatını və 2 ədəd mobil telefonunu ələ keçirib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 3 nəfər- 22 yaşlı A.Mürsəlov, əvvəllər məhkum olunmuşlar 23 yaşlı P.İmanov və 33 yaşlı M.Mehdiyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki