Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.40 $▲1.81%
  • WTI neft86.49 $▲1.74%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.202 $▲3.73%
  • Qızıl3 859 $▼0.46%
  • Gümüş47.32 $▼0.36%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda612.75 ¢▲2.21%
  • Bitcoin63 675 $▼1.76%
  • Ethereum1 788 $▼1.67%
  • S&P 5007 328▼1.25%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Cəmiyyət

Bakıda gecə ilə 60 sot torpaq zəbt olundu - Dövlət qurumları hərəkətə keçdi

image-429a035eb7627f08d46ff14ded46d4cbbakida1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

28 iyul tarixindən 29 iyula keçən gecə Xəzər rayonu, Sabunçu rayonu, Agcəbədi rayonu və digər rayonların sakinləri olan bir qrup Vətən müharibəsi iştirakçısı və bir neçə vətəndaş Xəzər rayonu sakini Hümbətov Vasif Nizami oğlunun rəhbərliyi ilə Suraxanı rayonunun inzibati ərazində yerləşən Hovsan südçülük sovxozu ərazisində, dövlət mülkiyyətinə aid, kənd təsərrüfatı təyinatlı olan 6000 kv.m torpaq sahəsini zəbt edərək hasar tikintisi işlərinin aparılması faktı aşkar edilib.

Bu barədə Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, Suraxanı Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbir nəticəsində özbaşına aparılan tikinti işlərinin qarşısı alınıb, zəbt olunmuş torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.

“Bildiririk ki, Vətən müharibəsi iştirakçısı olmuş sözügedən vətəndaşlar bundan öncə də bu kimi hallara cəhdlər etsə də, bunun qarşısı alınıb və onlara müvafiq tövsiyə və xəbərdarlıqlar edilib” – açıqlamada qeyd olunur.

Sözügedən məsələ ilə bağlı mövcud qanunvericiliyin tələblərinə əsasən lazımi tədbirlər görülməsi üçün Suraxanı RİH tərəfindən müvafiq məktublarla Suraxanı Rayon Polis İdarəsinə, Suraxanı rayon Prokurorluğuna, FHN-nə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər ünvanlanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=116510