Bakıda kişi ondan boşanmaq istəyən arvadını gözəllik salonunda qətlə yetirdi – TƏFƏRRÜAT – VİDEO

image-1691408522_dfb86434-bdfb-476a-8476-d04a8c1f007dbackend

Binədəki dəhşətli cinayətin detalları məlum oldu

2021-ci il iyulun 24-də 3-cü Polis Bölməsindən vətəndaş Meyxoş Cəfərovun saat 10:00 radələrində Binə qəsəbəsi, Xasiyeva küçəsi, 1 ünvanında bıçaqla çoxsaylı xəsarətlər yetirərək arvadı 1989-cu il təvəllüdlü Xatirə Fərəcovanı qətlə yetirməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla müəyyən edilib ki, Meyxoş Cəfərov həyat yoldaşı Xatirə Fərəcovanın boşanmaq istəməsindən qəzəblənərək qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. O, 2021-ci ilin iyulun 24-də həyat yoldaşının işlədiyi gözəllik salonuna gedib, arvadına arxadan yaxınlaşaraq döş qəfəsinə, qarın boşluğuna və digər nahiyyələrə bıçaqla 13 dəfə zərbə vuraraq zərərçəkmişi qəsdən öldürüb.

İş üzrə dindirilmiş Meyxoş Cəfərov bildirib ki, xalası nəvəsi Xatirə Fərəcova ilə 2008-ci ildə ailə həyatı qurub. Birgə nigahdan 3 övladları dünyaya gəlib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Xatirə Fərəcovanın ölümünə ağciyərlərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Meyxoş Cəfərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki