Bakıda məktəbdə şagird BIÇAQLANDI – Saxlanılan var

Bakıda məktəbdə şagird BIÇAQLANDI – Saxlanılan varbackend
image-uzb_ads_desk

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib.

Busaat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə qeydə alınıb.

 

Məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlan münaqişə zəminində 2008-ci il təvəllüdlü digər şagirdə bıçaqla xəsarətlər yetirib. Qol və bud nahiyəsindən xəsarətlər alan şagird xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki