Bakıda özbaşınalıq: Avtomobil sahibinə 113 min manatlıq ziyan vurdu

image-yukbackend

Bakı Apelyyasiya Məhkəməsində özbaşınalıq etməkdə təqsirləndirilən Həsən Həsənovun (ad, soyadı şəri – red) barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Busaat.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, cinayət işinin ibtidai istintaq materiallarına görə, təqsirləndirilən Həsən Həsənov 04 mart 2019-cu il tarixdə zərərçəkmiş Lətif Lətifov (ad, soyadı şəri – red) ilə “Mercedes Axor” markalı yük avtomobilinin alqı-satqısı barədə əvvəlcədən aralarında olan şifahi razılığa gəliblər. Razılığa əsasən, o, 36 ay ərzində hər ay 1 700 ABŞ dolları pul ödəməli imiş. Lakinin Həsən razılığa əməl etməyib və pulları vaxtında ödəməyib.

Bu səbəbdən avtomobil zərərçəkmiş şəxs tərəfindən geri alınıb. Təqsirləndirilən şəxs isə avtomobilə görə ödədiyi 5 000 manat və 5 000 ABŞ dolları geri qaytarılmasını əsas gətirərək qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq, həmin məbləğdə pulun qaytarılması ilə bağlı hüquq mühafizə və məhkəmə orqanlarına müraciət etməyib. O, əmlakın mülkiyyətçisi Lətif Lətifovun icazəsi olmadan avtomobilin saxlanılması ilə bağlı sonuncu tərəfindən etibar olunmuş şəxsdən guya sənədlərini götürüb qaytaracağı adı ilə yük maşınının açarlarını götürüb. Daha sonra Həsən “Bakı Soyuducular Zavodu”nun yanında yerləşən avtoyuma məntəqəsinin qarşısından “Mercedes Axor” markalı yük avtomobilini götürüb.

Beləliklə o, zərərçəkmiş şəxsə ümumilikdə 113 000 manat ziyan vuraraq özbaşınalıq edib.

Daha sonra Lətif Lətifov hüquq-mühafizə orqanlarına müraciət edib. Polis tərəfindən saxlanılan Həsən Həsənovun barəsində Cinayət Məcəlləsinin 322.1-ci (Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Həsən Həsənovun aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri növündə cəza təyin edilib, cəzasının əvvəli aylıq qazancından ilk dəfə 20% dövlət nəfinə tutulduğu gündən hesablanıb. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılıb.

Hökmdə qeyd olunub ki, yük avtomobili zərərçəkmiş şəxsə qaytarılmasın, mülki iddiaçı Lətif Lətifovun mülki iddiası qismən təmin olunub. Belə ki, 48 216 manat pulun mülki cavabdeh təqsirləndirilən şəxsdən tutularaq mülki iddiaçıya ödənilməsi, qalan hissədə mülki iddianın rədd edilməsi qərara alınıb. Daha sonra həm zərərçəkmiş, həm də təqsirləndirilən bu hökmdən narazı qalıb və apellyasiya şikayəti verib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90