Bakıda real təhlükə – Bu süd və süd məhsullarını almayın – FOTOLAR

Bakıda real təhlükə – Bu süd və süd məhsullarını almayın – FOTOLARbackend

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan bildirilib ki, daxil olan məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə ŞTQ, Binəqədi şosesində yerləşən, fiziki şəxs İmaməliyev Kənan Camal oğluna məxsus süd və süd məhsullarının istehsalı və emalı müəssisəsində yoxlama həyata keçirilib. İlkin baxış zamanı müəssisədə ticarət şəbəkələrindən qaytarılan son istifadə tarixi bitmiş, istehlaka yararsız məhsulların təkrar emaldan keçirilərək satışa çıxarıldığı məlum olub. Yoxlama zamanı polimer qablaşdırma materialların müşayiətedici sənədlərində birdəfəlik istifadə üçün nəzərdə tutulmasına baxmayaraq, adıçəkilən qabların təkrar yuyularaq istifadə edildiyi aşkar olunub.

Keçirilən baxış zamanı üzərində heç bir etiketlənmə aparılmayan 6680 kq süd məhsulu, həmçinin təkrar istifadə olunan 944 ədəd polimer qab və markalanma tələblərinə cavab verməyən 51,2 kq etiket aşkarlanıb. Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq, emal sahəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam edir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.Milli.Az

busaat e9a4aaaae2fdd9f3a30849f902e6186c jpqgk7n41t0yzwibfcvs busaat 1a1a401def8c41811efc4e648812d1da f24z1wouv6g3ihnb59my busaat 610f787cf5f455042d3ec89d25956798 j7lzg09b2mrxt8aokqwe busaat 9e3ae59bfccefbcf422079a2f213b0db qzxnipfvy51lh3u8mobk busaat 969162c5024e4f9cca5ee1d983e96052 0jhsq2pumavrk9g7wby3 busaat acd99a2d1ee35859a1cab1b7029c99ec xs15at8vrylf4gcq9wkj busaat 9f5601491b43daf8c443bc8d0fef7d58 q904stp5ykv82uzbf67e


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki