Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 802 $▲0.09%
  • Ethereum2 241 $▲0.24%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Siyasət

Bakıdan sərt tələb: Anti-terror əməliyyatı başlaya bilər – XANKƏNDİ, XOCALI VƏ…

image-photo_126714
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusu əməliyyat-taktiki təlimlərinə başlayıb.

Busaat.az xəbər verir ki, 10 min əsgər kazarmaları tərk edib, 100-dən çox texnika, 200-ə qədər artilleriya, 30-a qədər döyüş təyyarəsi və PUA-ların iştirakı ilə anti-terror təlimləri başlayıb. Məqsəd dağlıq-meşə və çətin relyefli ərazilərdə ümumqoşun birlikləri, raket və artilleriya qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr (XTQ) arasında döyüş uzlaşmasını məşq etməkdir.

Redaktor.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı hərbi təlimlərlə bağlı bir sıra maraqlı məqamlara toxunub:

“Müharibə başa çatıb və 4 aylıq fasilədən sonra ordunun hazırlıq vəziyyəti yoxlanılır. Bütün növ qoşun növlərinin XTQ-nin əməliyyat-taktiki gedişlərinə uyğunlaşdırılması, bundan sonra ordunun əməliyyat taktikası xüsusi təyinatlılarla koordinasiya üzərində qurulur.

Qarabağ münaqişəsi həll edilib, Azərbaycanın qonşu ölkələrə qarşı hərbi iddiası yoxdur, hədəf taxtasında ölkə daxilindəki qanunsuz silahlı birləşmələr və terrorçu qruplaşmalardır. Bəs hədəf nədir?

Qarabağdakı terrorçu qruplaşmaların çıxarılması tələbini masada daha güclü şəkildə irəli sürmək. Danışıqlarla həll edilmirsə, mümkün anti-terror əməliyyatının keçirilməsi.

Burada iki məqam xüsusilə önəmlidir:

Təlimlərin hədəfi – qanunsuz silahlı qruplaşmalarla mübarizə və anti-terror əməliyyatı – rəsmi Bakının “Azərbaycanın ərazi bütövlüyü təmin edilib”, “Qarabağdakı silahlı qruplaşmalar qanunsuzdur və onlara qarşı addımlar anti-terror xarakteri daşıyacaq” mövqeyinin hərbi müstəvidə nümayiş etdirilməsi;

Masada istəyimizə nail olmasaq, anti-terror əməliyyatı Xankəndidə yox, erməni silahlı birləşmələrin Azərbaycan Ordusu ilə üzbəüz dayandığı ətraf ərazilərdə keçirilə bilər və bu, ruslara qəti mövqe nümayiş etdirmək məqsədi daşıyacaq”.

Siyasi ekspert Rusiyanın məsələlərin masada həllində maraqlı olduğunu və bununla həm vaxt qazandığını, həm də sülhməramlı imicini qorumağa çalışdığını bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=40497