Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.29 $▲1.69%
  • WTI neft86.59 $▲1.86%
  • Avropa qazı (TTF)84.45 €▲0.48%
  • Təbii qaz (ABŞ)3.149 $▲2.01%
  • Qızıl3 869 $▼0.20%
  • Gümüş47.47 $▼0.04%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda611.50 ¢▲2.00%
  • Bitcoin63 467 $▼2.08%
  • Ethereum1 770 $▼2.70%
  • S&P 5007 312▼1.46%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Kriminal

Bakıya külli miqdarda narkotik gətirən İran vətəndaşı saxlanıldı - FOTO

image-nar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakı şəhərinə külli miqdarda narkotik və psixotrop maddə gətirmək istəyən İran vətəndaşı saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Busaat.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən İran vətəndaşı Lavi Sefidgari Mohammad Ələt-Astara avtomobil yolunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində saxlanılıb.

Onun idarə etdiyi avtomobilə baxış zamanı 4 kiloqram narkotik vasitə tiryək və 1 kiloqram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitəni satışının təşkil olunmasından ötrü paytaxt ərazisinə gətirmək tapşırığını alıb.

Şöbə əməkdaşlarının Biləsuvar rayonu ərazisində keçirdikləri digər əməliyyat nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha bir nəfər Gəncə şəhər sakini İsmayıl Quliyev saxlanılıb. Ondan ümumilikdə 6 kiloqram, o cümlədə 4 kiloqram heroin və 2 kiloqrama yaxın meteamfetamin aşkarlanıb.

Biləsuvar RPŞ əməkdaşları tərəfindən son 1 ay ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 17 nəfər saxlanılaraq istintaqa cəlb olunub. Rayon ərazisində cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 105 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Bundan əlavə, Şöbə əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində ayrı-ayrı rayon sakinindən 21 ədəd müvafiq sənədləri olmayan odlu silah aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdrilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=125132