Balaş Qasımov İTV-dən gedir

image-1651741367_dfgdhghhhbackend

Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edib.

Busaat.az xəbər verir ki, buna səbəb Balaş Qasımovun səlahiyyət müddətinin bitməsidir. Bildirilir ki, namizədlər Azərbaycan Respublikasının vətəndaşı və ali təhsilli olmalıdır.

Həmçinin, əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

İTV-nin baş direktoru vəzifəsinə namizədlər sənədləri 6 May 2022-ci il tarixindən 15 May 2022-ci il tarixinədək Şuraya təqdim etməlidir:

Qeyd edək ki, B.Qasımov kanala 2018-ci ildən rəhbərlik edir.Olay.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90