Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.76 $▲0.06%
  • WTI neft88.36 $▼0.03%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.311 $▼1.02%
  • Qızıl3 905 $▼0.33%
  • Gümüş49.86 $▼0.79%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda591.50 ¢▲0.13%
  • Bitcoin67 998 $▼4.73%
  • Ethereum1 905 $▼5.56%
  • S&P 5007 592▼0.33%
13°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Gündəm

Baş nazir Mikayıl Cabbarovun bu səlahiyyətini ləğv etdi

image-photo_177106
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” 2022-ci il 2 avqust tarixli sərəncamında dəyişiklik edib.

Busaat.az xəbər verir ki, bundan əvvəl “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı ilə müəyyən edilmiş icraçı orqan və qurumlar Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə İqtisadiyyat Nazirliyinə məlumat verməli idi.

Dəyişikliyə əsasən, artıq həmin icraçı orqan və qurumlar Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti İqtisadiyyat Nazirliyinə deyil, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə məlumat verməlidirlər. Məlumatın təqdimatına dair zaman həddi də müəyyənləşib. İcraçı orqan və qurumlar Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə – hər ilin yanvar və iyul aylarının 15-dən gec olmayaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə məlumat verməlidirlər.

İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təqdim edilmiş məlumatları ümumiləşdirməli və bu barədə ildə iki dəfə – hər ilin yanvar və iyul aylarının 25-dən gec olmayaraq Nazirlər Kabinetinə məlumat verməlidir. Eyni zamanda İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Strategiyanın icrasının təşkili, monitorinqi və qiymətləndirilməsi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli, Strategiyanın Tədbirlər Planının icrası ilə bağlı aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə zəruri kommunikasiya işlərinin yerinə yetirilməsi üzrə tədbirlər görməli, zərurət yarandıqda, Strategiyanın icrası prosesinə qabaqcıl beynəlxalq təşkilatların, ixtisaslaşmış məsləhətçi şirkətlərin, elm və ali təhsil müəssisələrinin, konfederasiya, assosiasiya, vətəndaş cəmiyyətini təmsil edən təşkilatların və özəl qurumların nümayəndələrini cəlb etməlidir.

İqtisadiyyat Nazirliyinə Ədliyyə Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və digər aidiyyəti dövlət orqanları ilə birlikdə icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=83955