Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 471 $▲0.56%
  • Ethereum1 810 $▲2.33%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Baş nazir parlamentdə hesabat verir - Yenilənir

image-eli_1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.

Busaat.az xəbər verir ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edir.

İclasda nazirlər də iştirak edir. Hesabat təqdim edildikdən sonra müzakirələrə başlanacaq.

***

Əli Əsədov qeyd edib ki, təchizat zəncirinin pozulması, iqlim dəyişikliyi, COVID-19 pandemiyası, artan faiz dərəcələri səbəbindən maliyyə vəziyyətinin sərtləşməsi və Ukraynadakı müharibə qlobal qida sistemini görünməmiş şoka məruz qoyub.

Onun sözlərinə görə, dünyanın aparıcı beynəlxalq təşkilatları və maliyyə institutları ötən ay birgə bəyanat yayaraq, qlobal ərzaq tədarükünün 2022-2023-cü il dövründə 3 ilin ən aşağı səviyyəsinə enəcəyi barədə xəbərdarlıq ediblər:

“Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi Prezident tərəfindən Hökumət qarşısında strateji vəzifə kimi qoyulub. Daxili bazarda özünütəminat səviyyəsinin qorunması və əhalinin əsas ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində vacib işlər görülüb. Əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması ilə bağlı Qərarlar qəbul olunub. Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı ilə məşğul olan sahibkarlara güzəştli şərtlərlə kreditlər, faiz subsidiyaları və vergi-gömrük güzəştləri verilib. Ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 540 milyon manat vəsait sərf edilib. Bu, 2021-ci ildən 18,8% çoxdur”.
***

Baş nazir bildirib ki, yanacaq-enerji balansı ilə yanaşı, Azərbaycanda ilk dəfə olaraq su təsərrüfatı balansı formalaşdırılıb: “Bu balans çərçivəsində su ehtiyatlarının formalaşması və istifadəsi üzrə dəyərləndirmələr aparılır”.

“Əsas su anbarlarında suyun həcmi bu il yanvarın 1-nə 12,5 milyard kubmetr olub və bu, 2022-ci illə müqayisədə 600 milyon kubmetr, 2020-2021-ci illərlə müqayisədə 2 milyard kubmetrdən çoxdur. Eyni zamanda, mövcud infrastrukturun yaxşılaşdırılması, su itkilərinin minimuma endirilməsi, su sahəsində fəaliyyət göstərən qurumlarda institusional, struktur islahatlarının aparılması, müvafiq qanunvericilik və normativ-hüquqi aktların təkmilləşdirilməsi istiqamətində lazımi tədbirlər görülür”,- deyə baş nazir vurğulayıb.

Qqafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=104226