Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.49 $▼0.82%
  • WTI neft87.79 $▼0.62%
  • Avropa qazı (TTF)86.69 €▼4.69%
  • Təbii qaz (ABŞ)3.182 $▲0.76%
  • Qızıl3 871 $▲0.02%
  • Gümüş47.21 $▼0.24%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda590.25 ¢▲0.60%
  • Bitcoin64 376 $▼1.44%
  • Ethereum1 806 $▼1.57%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Baş Prokurorluq Türkan Gündüzün qətli ilə bağlı MƏLUMAT YAYDI

image-1683546293_mycollages_-_2023-05-08t152840-153
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Baş Prokurorluq media subyektlərinə xəbərdarlıq edib.

Qurumun Mətbuat Xidmətindən Busaat.az-a daxil olan xəbərdarlıqda deyilir:

“Xəbər verildiyi kimi, mayın 7-si Türkan Gündüzün öldürülməsinə dair Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və iş üzrə zərərçəkmişin əri, Türkiyə vətəndaşı Muhammet Gündüz saxlanılaraq həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Təəssüflə bildiririk, “Media haqqında” Qanunun 14.1.8-ci maddəsinə əsasən şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılması yolverilməz hesab edilməsinə baxmayaraq, bəzi media subyektləri və jurnalistlər tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq zərərçəkmiş və təqsirləndirilənin şəxsi və ailə həyatına dair müxtəlif məzmunlu məlumatlar ictimailəşdirilib.

Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız ibtidai istintaqı aparan orqan və ya məhkəmənin icazəsi ilə yayılmalı olduğu halda qeyd olunan tələblərə əməl edilməyib.

Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olumuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109096