Bayden çərşənbə günü Ukraynaya Abrams tanklarının tədarükünü elan edəcək — Əl-Cəzirə

image-1378997backend

ABŞ prezidenti Co Bayden çərşənbə günü Abrams tanklarının Kiyev hökumətinə çatdırılması ilə bağlı rəsmi açıqlama verəcək.

Busaat.az xəbər verir ki, bu barədə Əl-Cəzirə məlumat yayıb.

Kanalın mənbəsinin sözlərinə görə, tanklar Pentaqonun arsenalından alınmayacaq, müqavilə əsasında göndəriləcək.

Wall Street Journal çərşənbə axşamı ABŞ rəsmilərinə istinadən yazıb ki, ABŞ Administrasiyası əhəmiyyətli sayda “M1 Abrams” tanklarını Ukraynaya göndərməyə istəklidir və qərar bu həftə verilə bilər.

Günün sonunda “Politico” qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən yazıb ki, ABŞ hərbi yardım olaraq Ukraynaya ən azı 30 “M1 Abrams” tankı göndərə bilər.

Hesabatda bildirilir ki, avadanlıq ABŞ-ın mövcud ehtiyatlarından deyil, podratçılardan alınacaq.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90