Bayden Oval Ofisdəki dəyişikliklərlə siyasi mesajlar verdi

Bayden Oval Ofisdəki dəyişikliklərlə siyasi mesajlar verdibackend
image-uzb_ads_desk

Co Bayden ABŞ-ın 46-cı Prezidenti kimi and içdikdən bir neçə saat sonra ofisində vəzifəsinə başlayıb.

Busaat.az xəbər verir ki, Baydenin Oval Ofisdəki mesajlarla dolu dəyişiklikləri diqqətdən yayınmayıb. Donald Tramp dövründə divardan asılan Endrü Ceksonun portreti Benjamin Franklinlə əvəzlənib.

Amerika İstiqlal müharibəsində mühüm rol oynayan və Hindistana sürgün qanununun başlanğıcı ilə tanınan Cekson yerinə ixtiraları və elmi araşdırmaları ilə tanınan keçmiş Prezident Franklinin seçilməsi hər kəs tərəfindən bir mesaj olaraq şərh edilib.

“Washington Post” qəzetinin yazdığına görə, bu seçim Baydenin elmə olan marağını göstərmək üçün edilib.

Sui-qəsd nəticəsində ölən qaradərili lider Martin Lüter Kinqin, zəncilərə qarşı ayrıseçkiliyə görə hərəkata başlayan Rosa Parksın və köləliyi ləğv edən ABŞ-ın ən önəmli Prezidentləri arasında sayılan Abraham Linkolnun büstləri Oval Ofisdə yerini alıb.

Latın Amerikalı fəal Sezar Çavezin büstünün Baydenin masasının arxa fonuna qoyulması və Konqresə seçilən ilk asiya-amerikalı senator Daniel Inouyenin heykəli təəccüblü dəyişikliklərdən olub.

Pərdələr və divar kağızları kimi dəyişikliklərə əlavə olaraq, Trampın dövründəki xalçanın əvəzinə Klinton dövründən qalma köhnə tünd mavi xalıya üstünlük verilib.

Oval Ofisdə əvvəlki kimi qalan yeganə şey palıd ağacından hazırlanmış tarixi masa olub.

busaat bc509f4c255105b40f0c069bef64e395 a5i2zgwhpc9yf4m0uroq busaat 5fd5b442353736daaf5e74d0b9430233 6h8w39pqmlx0uzcjrf2v busaat 7cee57830523de9f44df42f397a08372 to97ncgjyi1k6weuhmqx busaat 5aaf10015b5dbab77b2fb69a6663363d fyxrip5s721am8vuc6nl busaat 39539cb2e751a92425e1223763fae2d9 b0q57ugmr1apiey4w63h


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki