Bayden Putinlə görüşmək üçün şərtini açıqladı

Bayden Putinlə görüşmək üçün şərtini açıqladıbackend

Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsini bitirmək qərarına gələrsə, onunla danışmağa hazıram.

Busaat.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

Bayden onun prezidentliyi dövründə ilk dəfə ABŞ-a dövlət səfəri etmiş Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Hər iki lider çıxışlarında görüşün əsas gündəm maddələrindən birinin Rusiya-Ukrayna müharibəsi olduğunu və Ukraynaya yardımları davam etdirəcəklərini bildiriblər.

Müharibənin bitməsinin yeganə rasional yolunun Putinin qoşunlarını Ukraynadan çəkməsi olduğunu ifadə edən Bayden, “Putin bu yolu seçməməklə ağır bədəl ödəyir. Eyni zamanda, Ukraynada böyük dağıntılar törədir” – deyə, bildirib.

Putinlə təmasda olmaq fikrində olmadığını deyən Bayden əlavə edib: “Putin müharibəni sona çatdırmaq üçün qərar qəbul etmək istəsə, onunla danışmağa hazıram. Lakin o, hələ belə bir yolda deyil”.

 

Makrondan mesaj: “Ukraynadan güzəşt tələb etməyəcəyik”

Digər tərəfdən Fransa prezidenti Emmanuel Makron Ukrayna müharibəsi ilə bağlı qərarın Ukraynaya aid olduğunu vurğulayaraq, “Ukraynadan heç vaxt onlar üçün qəbuledilməz olan güzəştlərə getməsini istəməyəcəyik” – deyə, açıqlama verib.

Belə bir sülhün heç vaxt davamlı olmayacağını bildirən Makron qeyd edib: “Ukraynalıların öz ərazilərində danışıqların şərtlərini müəyyən etmək üçün verdikləri qərarlara hörmətlə yanaşacağıq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90