Bakı Dövlət Universitetində “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” mövzusunda təlimlər başlayıb.
Yenicag.az xəbər verir ki, təlimlər, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçiriıir.
Tədbirdə medianın fotojurnalistika sahəsi üzrə mütəxəssislər, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin dekanı Vüqar Zifəroğlu, Jurnalistika fakultəsinin dekan müavini Samir Xalidoğlu, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və tələbələr iştirak ediblər.
Təlimi açıq elan edən dekan müavini Samir Xalidoğlu bildirib ki, aşağı kurs tələbələrinin maraq göstərərək təlimə yazılması sevindirici haldır. “Bu təlimin tələbələr üçün əhəmiyyəti böyükdür. Oxuduqları ixtisasın fotojurnalistika sahəsini öyrənmək digərləri ilə müqayisədə bir pillə öndə olmaq deməkdir”, – deyə o bildirib.
Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin dekanı Vüqar Zifəroğlu isə təlimlə bağlı ideya ortaya qoyulduqda xüsusilə jurnalistika fakultəsində keçirilməli olduğunu diqqətə çatdırıb. “Düzdür, əlavə alternativlər var idi. Lakin fotojurnalistikaya həm tələbat, həm də marağın olması təlimin məhz jurnalistika fakultəsində həyata keçirilməsini daha məqsədəuyğun edir”, – deyə dekan qeyd edib.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər əlavə edib ki, bu gün texnologiya əlimizdəki telefonlar ilə gəlir əldə etməyə imkan verir. “İnsan işindən gəlir əldə etdikcə həmin peşəni ikiqat sevir. Belə bir təlimin keçirilməsi isə tələbələrin gələcək fəaliyyətində uğurlu olmasında mühüm rol oynayır”, – o deyib.
Çıxışlardan sonra “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin fotojurnalistika sahəsindən necə gəlir əldə etməklə bağlı hazırladığı film tələbələrə nümayiş etdirilib.
Daha sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin müəllimi, fotojurnalistika üzrə mütəxəssis Mirakif Babayev təlimə başlayıb və tələbələri bu sahənin ilkin anlayışları barədə məlumatlandırıb.
Xatırladaq ki, “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” mövzusunda keçirilən təlim 4 gün davam edəcək.
Türkiyədə xizəkçilik mərkəzində ölənlərin sayı 10 nəfərə çatıb. Busaat.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb. 32 nəfərin isə yaralandığı qeyd edilib.
Türkiyə turizm cənnətidir. Hər il milyomnlarla turist bu qədim ölkəni ziyarət edir. Türkliyəyə səfər edən turistlərin ölkənin dörd bir yanında olan bu qədim…
Bayden administrasiyası siyasi səhnədən getmək ərəfəsində Ermənistanla strateji tərəfdaşlıq haqqında xartiya imzaladı. “Dağlıq Qarabağ” ifadəsinin xartiyanın…