Belçika Krallığının xarici işlər naziri Hadija Lahbib Azərbaycanda səfərdədir.
Bu barədə Busaat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, Belçika XİN başçısının regiona səfəri avqustun 22-də başlayıb. O, Ermənistana gedib və həmin səfər çərçivəsində ölkənin baş naziri və XİN başçısı ilə görüşərək ermənipərəst mövqe nümayiş etdirib. Hətta “erməni soyqırımı” abidəsini də ziyarət edib. Avqustun 23-də isə Hadja Lahbib Gürcüstanda olub.