Belə diyarın vətəndaşı olduğum üçün qürur duyuram

image-7-1backend

Hələ yaşayıram gəlir nəfəsim,
Vətənim uğrunda döyünür nəbzim.
Sona qədər ölkəmə bağlıyam,
Çünki mən Azərbaycanlıyam!

Fəxr olunası hallardan biri də öz vətəndaşlığımızdı. Belə diyarın vətəndaşı olduğum üçün qürur duyuram. Biz bu ifadəni “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kimi də vurğulaya bilərik.

Azərbaycanlıyam. Necə də qürurlu səslənir bu söz. Bu hissi yaşayan hər kəs xoşbəxtdir. Xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti var. Bizə oğulum,qızım deyən Vətənimiz, uğrunda canımızı sevə-sevə qurban verəcəyimiz müqəddəs torpaqlarımız var. Daim fəxr ediləcək keçmişimiz, çiçəklənən bu günümüz, parlaq gələcəyimiz var. Vətənimiz də xoşbəxtdir ki, ona ürəkdən bağlı xalqı var.

“Azərbaycan”. Bəli, bu ad “Vətəndir”. Sənin, mənim və gələcək nəsillərin. Mənə görə ana və Vətən eyni anlayışlardır. “Vətən” sözünün mənası nə qədər müqəddəsdirsə, biz onu ana bilirik.

XX əsrdə Şərqdə ilk müstəqil respublika olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Çox əzab-əziyyətin çəkməmizə baxmayaraq 23 ay sonra bu Cümhuriyyət dağıdıldı. Lakin birliyimizi itirmədik. 1991-ci ildə yenidən əl-ələ verərək müstəqilliyimizi bərpa etdik və Azərbaycan Respublikasını qurduq.  Müstəqilliyimizin qazanılmasında dərindən iştirak edən şəxslərdən biri də Heydər Əliyev idi. O hakimiyyətə gəldikdən sonra xalqın dirçəliçi, sənayenin sahələrinin inkişafı üçün əlindən gələni əsirgəmədi. H.Əliyev həmişə deyərdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.”

Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hələ 2003-cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının siqnalı idi. Onun ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir.

Ali Komandan İlham Əliyevin uzaq görən siyasəti və xalqımızın igid oğulları sayəsində  20 ildən artıq işğalda olan torğağlarımız 2020-ci ildə azad olundu.

Prezident İlham Əliyev Füzuli rayonunda 27 sentyabr tarixli çıxışında bildirmişdir:

“Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”

İskəndərli Zəhra-Azərbaycan Dövlət Pedaqoji Universiteti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90