ABŞ-də tüğyan edən “Beril” qasırğası Texas və Qərbi Luiziana ştatlarına hərəkət edib.
Busaat.az CNN-ə istinadən xəbər verir ki, qasırğanın sürəti 20,8 m/s-ə çatıb.
Texas ştatında artıq üç nəfər “Beril”in qurbanı olub. Bundan əlavə, dəmir yolu stansiyalarında 1300 qatarın hərəkət reysi ləğv edilib.
Qeyd edək ki, “Beril” qasırğası artıq ABŞ-də 300 minə yaxın insana ziyan vurub, 15 insanın ölümünə səbəb olub.