Bərxudarovdan vəzifədən azad olunması ilə bağlı ilk AÇIQLAMA

image-masjpg-1728287072backend
Xəbər verdiyimiz kimi, II ordu korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Busaat.az xəbər verir ki, Gununsesi.info Mais Bərxudarovla əlaqə saxlayaraq onun vəzifəsindən azad olunması barədə fikirlərini öyrənib.

Hazırda sərəncamda olduğunu deyən M. Bərxudarov vəzifəsini itirməsini belə qiymətləndirib: “Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam”.

“Orduda yeni yüksək təyinat gözləyirsinizmi?” sualına gəlincə, general-leytenant “Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam”, – cavabını verib.


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki