Suriya prezidenti Bəşər Əsədə yaxın olan tanınmış iş adamı Baraa Katerjinin İsrailin Suriya torpaqlarına endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyü bildirilib.
Busaat.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən sanksiyaya məruz qalan Katerjinin Livanla sərhəddə öldürülüb.
Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu da xəbəri təsdiqləyərək bildirib ki, o, İsrailin ilhaq etdiyi Qolan Təpələrinə hücum etmək üçün yaradılan Hizbullaha bağlı qrupu maliyyələşdirməkdən məsuldur.