Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft96.74 $▼1.55%
  • WTI neft89.81 $▼1.43%
  • Avropa qazı (TTF)86.54 €▲0.15%
  • Təbii qaz (ABŞ)3.023 $▼0.00%
  • Qızıl4 119 $▼0.21%
  • Gümüş52.47 $▼1.15%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda588.00 ¢▼0.59%
  • Bitcoin73 989 $▼0.99%
  • Ethereum2 104 $▼0.97%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Bəzi ərazilərdə qaz olmayacaq

image-qaz
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fevralın 17-də Mingəçevir şəhəri və Yevlax rayonu ərazisində təbii qazın verilişində məhdudiyyətlər tətbiq olunacaq.

Busaat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

Qurumdan verilən açıqlamada qeyd olunub ki, qaz ölçü qovşağında mövcud olan “baypas” xəttinin təmiri zərurəti ilə əlaqədar qaz nəqlinin müvəqqəti dayandırılmasına ehtiyac yaranıb.

Bununla əlaqədar olaraq, fevralın 17-si, saat 10:00-dan etibarən təmir-bərpa işləri başa çatanadək “Mingəçevir” Qaz Paylayıcı Stansiyasından (QPS) qidalanan Mingəçevir şəhərinin mərkəzi və üç qəsəbəsində yaşayan 30 269 əhali, eləcə də 521 qeyri-əhali abonentinin qaz təminatı dayandırılacaq.

Eyni zamanda, Yevlax rayonunun Tanrıqulular, Hürüşağı və Boşçalı kəndlərində qeydiyyatda olan 831 əhali abonentinə də mavi yanacağın verilişinin dayandırılması planlaşdırılır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180419