Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft92.70 $▲0.78%
  • WTI neft86.44 $▲0.72%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.250 $▼1.13%
  • Qızıl3 982 $▲0.00%
  • Gümüş51.46 $▲0.11%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda601.00 ¢▲0.29%
  • Bitcoin73 595 $▼0.45%
  • Ethereum2 048 $▼0.27%
  • S&P 5007 619▲1.29%
10°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Dünya

Bir gecədə 17 yük maşını yandırıldı

image-61fa563d-1d7b-34d1-9f6a-32efa2d4be44_850jpg-1733141024
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Almaniyanın paytaxtı Berlində, eləcə də Lixtenberq və Martsan rayonlarındakı iki sənaye dayanacağında ötən gecə 17 yük maşını yandırılıb.

Busaat.az Almaniya KİV-inə istinadən xəbər verir ki, polis yanğının siyasi motivlərlə törədilə biləcəyini istisna etmir.

Məlumata görə, ilk yanğınlar səhər saat 3 radələrində baş verib. Lixtenberqdə səkkiz yük maşını yanıb, doqquz nəqliyyat vasitəsi isə Lixtenberq və Martsan rayonlarının sərhədində yandırılıb.

Diqqətçəkən məqam odur ki, yük maşınlarının bir qismi beton istehsalı ilə məşğul olan “Cemex” şirkətinin ərazisində yerləşib. Şirkət artıq hücumlara məruz qalıb – bir il əvvəl onun Berlindəki əmlakı, ehtimal ki, yollardan birinin genişləndirilməsində iştirakına görə yandırılıb. Yanğınların söndürülməsinə 100-dən çox yanğınsöndürən cəlb edilib.

Xəsarət alanlar barədə məlumat yoxdur. Polis və yanğınsöndürmə xidmətləri hadisələrin səbəblərinin araşdırır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=154415