Bir neçə gün öncə saxlanılan Habil Vəliyev həm də seçki məntəqəsinin sədri imiş

image-habil87backend

Xəbər verdiyimiz kimi, “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev bir neçə vətəndaşdan daxil olan müraciətlər əsasında polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Busaat.az xəbər verir ki, H.Vəliyev həm də 125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyasının 5 saylı seçki məntəqəsinin sədridir.

Həmin məntəqənin tərkibinə 2 katib və 3 üzv daxildir. Onunla bağlı həbs qərarı çıxarılarsa, məntəqə sədrliyindən uzaqlaşdırıla bilər. Qərarı Mərkəzi Seçki Komissiyası verəcək.

Qeyd: H.Vəliyev 2016-cı ilin dekabrında da həbs edilib. Həbsə qədər 125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyasının 6 saylı seçki məntəqəsinin sədri olub. Həbslə bağlı məhkəmə qərarından sonra sədr vəzifəsindən uzaqlaşdırılıb. O, 2020-ci ildə azadlığa buraxılıb.Pravda.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki