Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.83 $▲1.19%
  • WTI neft85.65 $▲0.75%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.188 $▲3.27%
  • Qızıl3 852 $▼0.66%
  • Gümüş47.18 $▼0.64%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 816 $▼1.54%
  • Ethereum1 794 $▼1.38%
  • S&P 5007 325▼1.29%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

Bir oğlu Azərbaycan, digər oğlu Türkiyə millisində - Ata fəxr edir

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan millisinə dəvət alan Ozan Can Kökçünün qardaşı Orkun Kökçü Türkiyə yığmasına çağırıldı.

Busaat.az xəbər verir ki, bir qardaş Azərbaycan, digər isə Türkiyə millisində oynayacaq.

Futbolçuların atası Halis Kökçü açıqlamasında buna görə fəxr etdiyini bildirib: “Çox qürur duyuram. Allah hər valideynə belə fəxr etməyi nəsib etsin.

Övladlarım qitənin ən köklü klubunda yetişiblər. Onlar Avropa mədəniyyətinin mərkəzində olsalar da, əsl türkdürlər. Biri Azərbaycan, digəri də Türkiyə yığmasında oynamağın qürurun, şərəfin, məsuliyyətin və zövqünü yaşayır.

İki dövlət, bir millətik. Orkun Ozanın Azərbaycan millisində oynamasına sevinir və qürur duyur. Bizə bu qardaşları alqışlamaq və dəstəkləmək düşür”.

Orkun “Feyenoord”un yetirməsidir və o, əsas komandanın aparıcı üzvüdür. 19 yaşlı yarımmüdafiəçi ötən gün Şənol Günəşin rəhbərlik etdiyi Türkiyə millisinə dəvət alıb.

Ozan Can da “Feyenoord”da yetişib və o, ötən il “Sabah” klubuna keçib. 22 yaşlı yarımmüdafiəçi U-21 millisindən sonra Azərbaycan yığmasına dəvət aldı. (Sportal)

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=16934