BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri uğurlu antiterror tədbirlərinə görə İlham Əliyevi təbrik edib

image-volkan-bozkirbackend

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Volkan Bozkırdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Busaat.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident!

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi, Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilən antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

30 illik işğaldan azad edilmiş və Ana Vətənə qovuşmuş Qarabağda, inşallah, bundan sonra əmin-amanlıq hökm sürər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki