
BMT-dən Ukraynada rusdillilərin təqib edilməsinə MÜNASİBƏT
“Ana dilində danışmaq bütün Ukrayna vətəndaşlarının hüququdur”.
Busaat.az xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Düjarrik deyib.
Brifinq zamanı Düjarrikdən BMT Katibliyinin Ukraynadakı rusdilli vətəndaşların vəziyyətini necə qiymətləndirdiyi soruşulub: “Baş katibə tamamilə aydın olan odur ki, insanların öz dillərində danışmaq və öz dillərini öyrənmək üçün ayrılmaz hüququ var”, – deyə təşkilatın sözçüsü bildirib.
Bundan əvvəl Ukraynanın Dil üzrə Müvəkkili Yelena İvanovska rus dilində danışan vətəndaşların sayının artması ilə bağlı narahatlığını bildirib. Rəsmi şəxsin sözlərinə görə, uşaqlara ukrayna dilini doğuşdan öyrətmək lazımdır. İvanovskaya yeni valideynlərə ukraynaca kitablar, layla CD-ləri və körpənin şəxsiyyətinin formalaşmasında dilin əhəmiyyətini izah edən vərəqə təqdim edib.
Yeganə























