BNA-ın milyonlar yeyən texniki dəstək SİYASƏTİ

image-1634026816_2019-04-24-09-57-59bakbackend

Bakı Nəqliyyat Agentliyi (BNA) “ARİS” MMC ilə satınalma müqaviləsi imzalayıb. Busaat.az xəbər verir ki, maliyyə dəyəri 73 897.5 AZN olan müqavilədə BNA-nın qeyri-qanuni parklanmaya nəzarət və mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş Neopost avtomatik zərfləmə avadanlığına texniki dəstək xidmətinin, şəbəkə telefon avadanlıqlarına təmir və dəstək xidməti zəmanətinin, mövcud server və şəbəkə infrastrukturunda istifadə olunan sistem, eləcə də şəbəkə avadanlıqlarının sıradan çıxmış və müasir tələblərə cavab verməyən hissələrinin dəyişdirilməsi üçün əlavə ehtiyat hissələrinin, təhlükəsizlik avadanlığının etibarlılıq və dayanıqlığının artırılması məqsədi ilə yedəkləmə üçün əlavə avadanlığın satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “ARİS” MMC 19 mart 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Yasamal rayanou, Hüseyn Cavid pr, ev 87A, m 757-də yerləşir. MMC-nin qanuni qanuni təmsilçisi Haqverdiyev Ruslan Rüstəm oğludur.
Açıq mənbələrdə nə şirkət, nə də onun qanuni təmsilçisi barədə məlumat var.

Hansı səbəbdən “ARİS” MMC daha çox BNA-nın elan etdiyi tenderlərin qalibi olur. 2021-ci ildə BNA ilə şirkət arasında 2 satınalma müqaviləsi imzalanıb. Müqavilələrin toplam maliyyə dəyəri 1 203 443.06 AZN təşkil edir. 2020-ci ildə də BNA ilə şirkət arasında 2 müqavilə imzalanıb. Bu müqavilələrin maliyyə dəyəri isə 4 326 676 AZN olub. Beləliklə, məlum olur ki, BNA iki il ərzində müxtəlif texniki dəstək altında 6 milyon manata yaxın vəsait xərcləyib.

Mediada yer alan məlumatlara görə, BNA 2019-cu ildə də “ARİS” MMC ilə 2 müqavilə imzalayıb. Bildirilir ki, hər iki müqavilə satınalma proseduru keçirilmədən “ARIS” MMC-yə verilib. 1 milyon 201,8 min manat dəyərində olan birinci müqavilə foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazlarının satın alınmasını və quraşdırılmasını nəzərdə tutur.

İkinci müqavilə çərçivəsində şirkət BNA-yə bu sistemin fəaliyyətini təmin etmək üçün serverlər və informasiya texnologiyaları avadanlıqları təqdim edəcək. İkinci müqavilənin dəyəri 1 milyon 595,4 min manat olub.
Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki