Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin76 027 $▲0.39%
  • Ethereum2 245 $▲0.42%
  • S&P 5007 377▲0.27%
18°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

BNA-nı zərərə uğradan səbəb: "İdarəetmə sistemi elə qurulmalıdır ki,..."

image-25dda790d258e2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi müəyyən prosedurları özündə ehtiva edir”.

Bu sözləri Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyinin (BNA) 2020-ci ili 98,724 milyon manat zərərlə başa vurmasına münasibət bildirən nəqliyyat eksperti Aslan Əsədov Busaat.az-a açıqlamasında deyib.

Ekspertə görə, BNA uğradığı zərərdən çıxmaq üçün mütləq şəkildə idarəetmə sistemində dəyişikliklər etməlidir:

image-676894

“Bakı Nəqliyyat Agentliyi müstəqil şəkildə yaradıldı və heç bir qurumun tərkibində deyildi. Bu qurumun fəaliyyəti Bakı şəhərini əhatə edirdi. BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi müəyyən prosedurları özündə ehtiva edir. 2020-ci ili əvvəlki illərlə müqayisə etdikdə, BNA müəyyən abadlaşdırma işləri həyata keçirib. Sadəcə olaraq bu qurum dövlətdən dotasiya alır. Adətən dotasiya alan qurumların xüsusi gəlirləri olmadıqda birbaşa ziyanla işləyir. Qeyd edim ki, pandemiya dövrü də nəqliyyat sektoru üçün mənfi təsirlərə səbəb olub. Belə ki, koronavirus pandemiyasının yaratdığı fəsadlar nəqliyyat infrastrukturunun ziyanla işləməsinə yol açıb. Qarşıdakı dövrdə idarəetmə sistemi elə qurulmalıdır ki, qurum ziyandan geri dönüş edə bilsin. Bu baxımdan əlavə gəlirlərə ehtiyac var”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=72972