Bolqarıstan Ukraynaya silah yardımı edəcək

image-629f8deb39692629f8deb396931654623723629f8deb39690629f8deb39691backend

 Bolqarıstan parlamenti Ukraynaya silah yardımı ilə bağlı qərar qəbul edib.

Busaat.az xəbər verir ki, 240 üzvlü Assemblyada 155 deputat qərarın lehinə, 49 əleyhinə səs verib, bir deputat bitərəf qalıb.

Rusiyayönümlü keçmiş kommunist partiyasının xətti ilə siyasət aparan Bolqarıstan Sosialist Partiyasının (BSP) 25 və Ukrayna müharibəsində Rusiyanın tərəfində olan populist Dirçəliş partiyasının 27 üzvündən ibarət qruplar səsvermədə iştirak etməyib. Səsvermə zamanı hər iki partiyanın deputatları “silahlara yox” və “sülh” yazılan plakatlar qaldırıb.

Qərara əsasən Bolqarıstan hökuməti bir aya qədər Ukraynaya hərbi və texniki yardımı nəzərdə tutan layihə paketini parlamentə göndərəcək.

“Dəfələrlə dediyim kimi bizim Ukraynaya S-300 və C-125 zenit raket sistemləri, Su-25 və Mig-29 döyüş təyyarələri kimi ağır silahlar verməyimiz mümkün olmayacaq” –deyə, Bolqarıstan Müdafiə naziri Dimitar Stoyanov yeni qərarla bağlı qiymətləndirmə edib.

Qeyd edək ki, parlament daha əvvəl may ayında qəbul etdiyi başqa qərarla Ukraynaya silah göndərilməsinə qarşı çıxıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90