Boris Conson vəzifəsinə geri dönə bilər: “Bu sürpriz olmayacaq”

image-consonbackend

 İngiltərədə Liz Trassın sadəcə 45 günlük Baş nazir fəaliyyətinin ardından istefa verməsi yeni Baş nazirin kim olacağı barədə müzakirələrə səbəb olub.

Busaat.az xəbər verir ki, İngiltərə KİV-i keçmiş Baş nazir Boris Consonun yenidən dəstək toplamağa başladığı barədə iddia edib.

İddiaya görə, Conson dəstək toplamaq üçün Mühafizəkar Partiya daxilində çalışmalara başlayıb.

Keçmiş Maliyyə naziri Rişi Sunak Consonun partiyada böyük dəstək gördüyü və Baş nazir vəzifəsinə dönməsinin sürpriz olmayacağını elan edib.

Yerli mənbələrə görə, Conson növbədənkənar seçkilərə ehtiyac qalmadan mühafizəkarları öz ətrafında birləşməyə çağıracaq. Son dönəmdə ciddi nüfuz itirən mühafizəkarlar yeni seçkilərin keçiriləcəyi təqdirdə İşçi Partiyasına məğlub ola bilər.

Qeyd edək ki, Boris Conson keçən ay “Məndən bu qədər, millət” deyərək istefa etmiş, ancaq hələ də Mühafizəkarlar Partiyasında əsas sima olmağa davam edir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki