“Məlum olduğu kimi, 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu.Bu böyük tarixi hadisə olmaqla,bir sıra mühüm hərbi-siyasi,strateji və mənəvi əhəmiyyət daşıyır.İlk olaraq, dövlət bayrağımız sərhəddə dalğalandı.Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
İkincisi,Azərbaycanın suverenliyi və təhlükəsizliyi təmin olunur.Belə ki,Qarabağda qanunsuz yerləşdirilmiş 10 minə yaxın erməni silahlı birləşmələrinin çıxarılması, separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.Habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alır.
Digər tərəfdən,“Laçın” sərhəd-buraxılış məntəqəsi ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alır.Xüsusi bir əhəmiyyəti də odur ki,bir vaxtlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçərək, sərhədçilərimizin önündə dinməz-söyləməz dayanır.Təbii ki,sadalanan faktların dəyəri zaman keçdikcə daha da artır.
Bütün bunları qəbul edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər.Ermənistan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətini davam etdirmiş olur. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə“Laçın”sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. Həmçinin,Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.
Beləliklə, “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən əhəmiyyətli hərbi-siyasi qələbənin təcəssümü kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Məntəqənin açılması regionun geosiyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq aləmdə təkrar rəsmiləşdirilməsinə səbəb oldu”.
İlyas Əfəndiyev adına Elitar gimnaziyanın Tarix müəllimi Elsevər Məmmədov